Zəlzələlər


Zəlzələlər ən təhlükəli təbii fəlakətlərdən biridir. Aparılan araşdırmalara görə, təxminən hər 2 dəqiqədə bir zəlzələ baş verir. Bir il ərzində isə yüz minlərlə zəlzələ baş verir. Bunlardan təxminən 20-si bir şəhəri dağıda biləcək gücdədir. Zəlzələlərhər zaman insanların çox olduğu yerlərdə baş vermir, buna görə dəböyük ziyanlar vurmur. Hər il baş verən zəlzələlərin təxminən 5-i dağıntıya və ölümə səbəb olur.

Bu məlumatlardan aydın olur ki, insanlar zəlzələlərlə çox qarşılaşmırlar. Təxminən hər 2 dəqiqədə bir zəlzələ olmasına baxmayaraq, bəzən insanlar bunu hiss etmirlər. Çünki zəlzələlər olduqca həssas şəkildə nizamlanmışdır. Bu isə Allahın insanları hər an qoruduğunu göstərən açıq dəlillərdən biridir.

Bu gün baş verən zəlzələlər yalnızca bir şəhər və o şəhərin ətrafındakı müəyyən bölgələrdə hiss edilir. Halbuki Allah diləsə, zəlzələlər bütün yer üzünü bir anda məhv edər. ZəlzələlərYerin quruluşuna görə tez-tez baş verir. Çatlaqlar, təbəqələrarasıboşluqlar və s. zəlzələlərə səbəb olur. Bir elmi mənbədə zəlzələlərdən belə bəhs edilir:

Yerin dərinliyindəkigüc bərk yer qabığına təzyiq edir. Qayalar bu gərilməyə tab gətirə bilmir və şiddətli enerji partlayışı nəticəsində qırılıb dağılır.Bu yer sarsıntısı nəticəsində bütün şəhər yerlə yeksan ola və bütün cəmiyyət xarabalıqların altında qala bilər.(Doğal Felaketler, Readers Digest, 1996)

Şübhəsiz ki, zəlzələnin meydana gəlməsi üçün "təbii şərait"in zəlzələyə əlverişli olub-olmamasının bir əhəmiyyəti yoxdur.Allahhər şeyi dilədiyi anda yaradır. Allah yer üzündəki təbii şəraitidəyişərək insanlara dünya həyatının həqiqətlərini xatırladır.İnsanlarbaşlarına gələ biləcək fəlakətlərə qarşı Qurandabelə xəbərdarlıq edilmişlər:

Alçaq hiylələrə əl atanlar Allahın onları yerə batırmayacağına və yaxud gözləmədikləri bir yerdən əzabın onlara gəlməyəcəyinə əmindirlərmi? Ya da gəzib dolaşdıqları zaman (Allahın) onları yaxalamayacağınımı (düşünürlər)? Axı onlar (Allahdan) yaxa qurtara bilməyəcəklər. Yaxud vahimə içində olduqları halda, (Allahın) onları yaxalamayacağınımı (düşünürlər)? Həqiqətən də, Rəbbiniz Şəfqətlidir, Rəhmlidir. (Nəhl surəsi, 45-47)
Allah istəsə, bir neçə saniyə davam edən zəlzələlər saatlarla, hətta günlərlə davam edə bilər. İnsanlar başlarına gələnləri hələ anlamağa çalışarkən yeni fəlakətlərlə qarşılaşa bilərlər. Şübhəsiz ki, bunu etmək Allah üçün çox asandır. Amma Allah insanları rəhməti ilə qoruyur. Öz böyüklüyünü və Ona qarşı çıxa bilməyəcəklərini insanlara xatırladır. Onlarındünya üçün olan səylərininheç bir faydasının olmadığını bildirir.

20-ci əsrdə baş verən ən şiddətli zəlzələləri və onların yaratdığı nəticələrinəzərdən keçirək.