
Xəstəlik və qəzalar qarşısındakı acizliklər
İnsana acizliyini xatırladan vəziyyətlərdən biri də xəstəliklərdir. Yaxşı müdafiə olunan bədənə mikroskopik bir virus və ya mikrop ciddi təsir edir. Bir az düşündükdə bədənin zəifləməsinin əslində normal olmadığı aydın olur. Çünki Allah insan bədənini qüsursuz sistemlərlə yaradıb. Xüsusilə, insanın immun sistemini “güclü ordu” adlandırmaq olar.
Lakin bütün bunlara baxmayaraq,insanlar tez-tez xəstələnirlər. Bədənə qüsursuz sistemləri yerləşdirən Allah diləsəydi, insan heç vaxt xəstələnməz, virus, mikrob, bakteriya ona təsir etməz və ya bu kiçik “düşmənlər” heç yaradılmazdı. Ancaq insan çox bəsit səbəblərdən beləciddi fəsadlar yaradan xəstəliklərə yoluxur. Məsələn, dəridəki kiçik yaradan daxil olanvirus qısa müddətdə bütün bədənə yayıla bilir. Texnologiya nə qədər inkişaf etsə də, ən bəsit qrip virusu belə insana ciddi zərər verir. Tarixdə bunun nümunələri çoxdur. Məsələn, 1918-ci ildə İspaniyada yayılmış qrip epidemiyası 25 milyon insan həyatına son qoydu. 1995-ci ildə Almaniyada yayılan epidemiya isə 30 min insanın ölümünə səbəb olmuşdu.
Allah insanı xəstəliklərlə sınaya bilər. Dünya həyatına hərisliklə bağlanmayan, Allahın rizasını və cənnətini ümid edən insanlar üçün bu cür çətinliklər gözəl səbirlə səbir etmələri və Allaha olan təslimiyyətlərini göstərmələri üçün fürsətdir. Amma həyatlarının sırf bu dünya ilə məhdudlaşdığına inanan insanlar isə bu mühüm sirri qavramırlar.
Bütün bunlar bizdən uzaq təhlükələr deyil, əksinə hər gün hər kəsin başına gəlmə ehtimalı çox böyük olan hadisələrdir. Əlbəttə, bunları adi qarşılayıb düşünmədən üzərindən keçmək böyük səhv olar. Allah digər bütün acizliklər kimi xəstəlikləri də insan üçün xüsusi yaradıb. Təkəbbürlü insan bu yolla nə qədər gücsüz olduğunu görür. Eyni zamanda insan dünyanın əskikliyini, əsl üzünü qavrayır.
Xəstəliklərdən əlavə insanın dünyada qarşılaşdığı təhlükələrdən biri də qəzalardır. Məsələn, hər gün televiziya kanallarında izlədiyimiz və ya qəzetlərdən oxuduğumuz yol qəzalarından heç kim siğortalanmayıb. İnsan bir gün onun da başına belə bir qəza gələcəyinə çox ehtimal vermir. Halbuki yol qəzalarından fərqli, çox adi səbəblərlə yaranan o qədər çox hadisələr var ki... Məsələn, yolda yeriyərkən ayağı ilişib yıxılan və beyin qansızması keçirən insanlar haqqında, yəqin ki, eşitmisiniz. Yaxud evin pilləkənindən düşərkən birdən yıxılan və ayağını qırıb aylarla yataqdan qalxa bilməyənləri, yediyi yemək nəfəs borusuna keçdiyi üçün boğulanları da. Bu hadisələrin hamısı çox kiçik səbəblərə bağlıdır və hər gün minlərlə insanın başına gəlir.
İnsan bu həqiqətlər qarşısında dünyaya bağlılığın nə qədər mənasız olduğunu düşünməlidir. Sahib olduğu şeylərin müvəqqəti olduğunu və əslində onun sınanması üçün verildiyini mütləq bilməlidir. Bədənində gəzən bir mikropa gücü çatmayan, qarşısındakı pilləyə diqqət etmədiyi üçün həyati təhlükə yaşayan insan necə olur ki, hər şeyi yaradan Rəbbimizə qarşı acizliyini görməyib təkəbbürlənir?
Əlbəttə, insanı yaradan Allahdır və onu təhlükələrdən qoruyan da yalnızca Odur. İnsan nə qədər təkəbbürlənsə də, Allah diləmədikcə nə özünə fayda verə bilər, nə də hər hansı bir zərərdən qoruna bilər. Allah istəsə xəstəlik verər və ya insan bədənində acizliyi xatırladan müxtəlif əskikliklər yaradar.
Nəticə etibarilə əvvəldə də bildirdiyimiz kimi, dünya Allahın yaratdığı imtahan yeridir. Hər insan dünyada Allahı razı salan işlər görməklə məsuldur və bununla sınanır. Bu sınağın sonunda Allahın əmr və qadağalarına riayət edənlər, gözəl əxlaq göstərənlər əbədi cənnətdə yaşamağa layiq olacaqlar. Lakintəkidlə təkəbbür göstərənlər və bir neçə on illik dünya həyatını sonsuz həyatlarına dəyişənlər isə dünyada da, axirətdə də əskikliklərdən, sıxıntılardan xilas olmayacaqlar.
XƏSTƏLİK VƏ QƏZALARIN SƏBƏB OLDUĞU NƏTİCƏLƏR
Qeyd etdik ki, Allah xəstəlik və qəzaları insanları sınamaq üçün yaradır. İman gətirən insan belə bir hadisə ilə qarşılaşdıqda dua edib Allaha yönəlir və bilir ki,Allahdan başqa onu bu vəziyyətdən xilas etməyə qadir heç bir güc yoxdur. Bu hadisə ilə onun səbrini, sədaqətini, təvəkkülünü sınayan Allahın axirətdə də ona ən gözəl qarşılığı verəcəyinəümid edir. Quranda mövzu ilə əlaqədar hz. İbrahimin gözəl əxlaqı və səmimi duası nümunə göstərilir. Möminlər də bu səmimiyyəti nümunə götürməlidirlər:
“O Rəbb ki, məni yedirdir və içirdir; O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir; O Rəbb ki, məni öldürəcək, sonra dirildəcəkdir.” (Şüəra surəsi, 79-81)Hz. Əyyub isə yaşadığı şiddətli ağrı və xəstəlik qarşısında yenə də Allaha sığınmış və bu rəftarı ilə bütün möminlərə örnək olmuşdu:
“Qulumuz Əyyubu da yada sal! Bir zaman o öz Rəbbinə yalvarıb demişdi: “Şeytan mənə bəla və əzab toxundurmuşdur!””Bu cür sıxıntılar möminlərin kamilliyini, Allaha olan bağlılıqlarını artırır, onlar üçün xeyir olur. İnkar edənlər üçün isə hər cür qəza və xəstəlik bəladır. Başlarına gələnlərin hikmətlə yaradıldığını, axirətdə qarşılığının olacağını düşünmədikləri üçün böyük sıxıntı yaşayırlar. Üstəlik, bu bəlanın maddi sıxıntılarla yanaşı mənəvi sıxıntıları da var. Allahın inkar edildiyicəmiyyətdə yaşayan insanlar hadisələri cismani dəyərləndirirlər. Hansısa xəstəlik və ya qəza nəticəsində şikəst qalan insan əvvəllər nə qədər hörmət edilən, sevilən biri olsa da, əksər “yaxını” onun yanında qalıb ona qulluq etmək istəməyə bilər. Gözəl insan gözəlliyini, güclü insan gücünü itirdikdə gördüyü dəyər də azalır. Bunun səbəbi dindən uzaq yaşayan insanların bir-birlərini maddi meyarlarla dəyərləndirməsidir. Dolayısilə, maddi qüsur yarandıqda insanın dəyəri də itir.
(Sad surəsi, 41)
Məsələn, şikəst qalan birinin yoldaşı və ya qohumları, böyük ehtimalla, bu vəziyyətdən şikayətlənməyə başlayacaqlar. Ətrafındakılara nə qədər bəxtsiz olduqlarını deyəcəklər. Bəziləri hələ gənc olduğunu, bu hadisənin həyatının ən gözəl dövründə başına gəldiyini və bu yaşda belə bir şeyə layiq olmadığını söyləyəcək. Belə davranmaqla da xəstə insanla lazımınca maraqlanmamağın ətrafındakılar tərəfindən də məqbul qarşılanmasını gözləyəcək. Bəziləri də xəstə insanı dərhal tərk edib getmək istəsələr də, cəmiyyətin ayıblamasından qorxduqları üçün bunu etmirlər. Xəstə insana sağlam vaxtı sədaqət və vəfa ilə bağlı verilən sözlər eqoist, xudbin sözlərlə əvəz olunur.
Sədaqət və vəfanın qısa müddətdə bitdiyi bir sistemdəki belə hadisələrə təəccüblənmək lazım deyil. Çünki insanları təkcə maddi meyarlarla dəyərləndirən və ən vacibi Allah qorxusu olmayan insandan sədaqət gözləmək əbəsdir.Bir insanın qarşılıqsız yaxşılıq etməsi onların aləmində “axmaqlıq”dır. Çünki bir neçə on il sonra ölümlə birlikdə əbədi yox olacağına inandığı bir insana fədakarlıq edib sədaqət göstərmək cahiliyyə mədəniyyətinə görə mənasızdır. Hər iki tərəf də qısa müddət yaşayıb əbədi yox olacaqlarına inanırlar. Bu halda seçim etməlidirlərsə, öz mənfəətlərini, rahatlıqlarını üstün tutarlar.
Halbuki müsəlmanlarda vəziyyət çox fərqlidir. Allaha iman gətirən, Ona qarşı acizliyini bilən və Ondan qorxan insanlar bir-birlərini də Allahın əmr etdiyi xüsusiyyətlərə görə dəyərləndirirlər. Bir insanı dəyərli edən əsas xüsusiyyəti “təqvası”, yəni Allaha olan qorxusu, hörməti, bundan dolayı sahib olduğu nəciblik və gözəl əxlaqdır.İnsan bu xüsusiyyətlərə malikdirsə, dünyada bəzi fiziki qüsurları olsa da, axirətdə sonsuza qədər gözəllik içində yaşayacaq. Bu, Allahın inananlara vədidir və bunu bilən möminlər də bir-birlərinin nöqsanlarını, qüsurlarını şəfqətlə qarşılayır və olduqca sədaqətli və vəfalı olurlar.
Bu böyük fərq cahiliyyə mədəniyyətini yaşayan inkarçıların cəzasıdır. Eyni zamanda, Allahın Onu inkar edənlərə dünyada verdiyi böyük bəladır. Dünyada nəfsinin istəklərinə uyğun yaşayıb əməllərinin hesabını verməyəcəyini düşünən insan axirətdə böyük peşmalıq yaşayacaq. Dünyada göstərdiyi zalımlıq, vəfasızlıq, sədaqətsizlik və bütün pis əxlaq xüsusiyyətlərinin hamısının hesabını verəcək. Allah inkar edənlərin dünyada göstərdiyi çirkin davranışlarının əleyhlərinə olduğunu belə bildirir:
“Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.” (Ali İmran surəsi, 178)