
Vulkan dağları, vulkanlar
Yer qabığının seysmik hərəkətləri nəticəsində meydana gələn zəlzələlərlə yanaşı, vulkan püskürmələri dəbaşlıca təbii fəlakətlərdəndir. Dünyada 550-ü yerinüzərində, qalanları isə dəniz dibində olmaqla təxminən 1500 fəaliyyətdə olan vulkan olduğu müəyyən edilmişdir.Bu vulkanlarhər an püskürə və bütün bölgələrə yayıla bilərlər. Heç bir texnologiya iləbu fəlakətin qarşısını almaq mümkün deyildir.
Vulkanlar tarixdə böyük izlər buraxmış və bir çox ziyanlar vurmuşdur. Keçmişdəki şəhərləri xəritədən silmiş, qövmləri yox etmişdir. Əkinlər məhv olmuş, tarlalar küllərlə, göy üzü toz buludları ilə örtülmüşdür. Məsələn, Pompey kimi böyük şəhər vulkan püskürməsi nəticəsindəyerlə-yeksan olmuşdur. Azğın həyat tərzi sürən xalqın qaçmağa belə fürsətləri olmadan bir andaca Vezuvi vulkanının təsiri altına qalması ibrətverici hadisədir.
Vulkan dağları bir anda fəaliyyətə keçir və püskürdükləri lavalar uzun məsafələrə yayılaraq böyük zərərlər vurur. Bu partlayışlar, eyni zamanda, hər şeyi məhv edən qaz və küldən ibarət güclü küləkdir. Bu küləyin sürətibəzi vaxtlarda 160 km/saat olur və yandırıcı təsiri ilə hər yeri darmadağın edir.
İndoneziyada 200 fəaliyyətdə olan vulkanamalik Krakatau dağında 1883-cü ildə baş vermiş partlayışda 160-dan çox kənd məhv olmuş, partlayışdan sonra meydana gələn sunamidə isə36.000 insan suda boğulmuşdu. 10 gün sonra isəpartlayışın təsiri 3000 mil (483.000 km) məsafəyə qədər yayılmışdı.
150 il ərzində yatmış Nevado-del-Ruis vulkanının 1985-ci ildə anidənpüskürməsi vulkanların bir anda baş verdiyinə nümunədir. Bu fəlakət nəticəsində minlərlə insanhəyatını itirmişdi. Nevado-del-Ruis vulkan püskürməsinin şiddəti, əslində, o qədər də çox deyildi. 1980-ci ildə Sent Helens dağında baş vermiş vulkan püskürməsinin yalnızca 3%-i qədər idi. Nevado-del-Ruis partlayışıhəmin bölgədəki buz və qarı əridəcək hərarətdə idi. Buna görə də dağın ətəklərindən gələn palçıq və sel Armero şəhərini yerlə yeksan etmişdi.Bupartlayış1902-ci ildə Karib adasındakıMon Pele dağında 30.000 insanın ölümü ilə nəticələnən vulkan püskürməsindən sonra baş verən ən böyük vulkan fəlakəti idi. Mon Pelevulkan püskürməsində 25.000 insandan yalnızca 2.000-i sağ qala bilmişdi. Qalan 23.000 insan isə palçığın altında qalmışdı. (H.J.de Blij, M.H.Glantz, S.L.Harris, Restless Earth, The National Geographic Society, 1997, səh.18-19)
Bu hadisələrdən ölümün nə qədər yaxın olduğunu anlayırıq. Allah insanları dünyadakı məqsədlərini düşünməyə çağırır. Allahın sonsuz gücünü qavrayan insanlar 50-60 illik müvəqqəti həyatıəbədi axirət həyatından üstün tutmamalı, mütləq bir gün öləcəklərini və Allahın hüzurunda hesab verəcəklərini unutmamalıdırlar:
O gün yer başqa bir yerlə, göylər də (başqa göylərlə) əvəz olunacaq (və insanlar) Tək olan, (hər şeyə) Qalib gələn Allahın hüzurunda duracaqlar. (İbrahim surəsi, 48)