
Tufanlar, qasırğalar
Tufan, qasırğa kimi atmosfer hadisələri də tez-tez qarşılaşdığımız fəlakətlərdəndir. Bunlar bəzən evləri, binaları, çadırları, ağacları, elektrik dirəklərini və hətta insanları göyə sovuracaq qədər güclü olur.
Güclü qasırğalar dənizdə xüsusiləqabarmalara səbəb olur. Bu zaman dalğalar şiddətlə sahildən quru ərazilərə vurur. Bu hadisəqasırğa dalğası adlanır. Həmin bölgələrbəzən bunun nəticəsində tamamilə su altında qalır.Qasırğa ilə birgə yağan yağış da xüsusilə çaylarda ciddi sel daşqınlarına səbəb olur.
Çox vaxt yüngül meh olaraq hiss etdiyimiz küləyin bəzən insanları, heyvanları, avtomobilləri və hətta evləri yerindən oynadacaq gücdə əsməsi Allahın qüdrətini bizəgöstərir. Allah diləsə, qasırğa, fırtına kimi atmosfer hadisələrini tez-tez və çox şiddətli təsirdəyarada bilər. İnsanlar bir zərəri aradan qaldırmadan digəri ilə qarşılaşa bilərlər. Qurandaküləklərin Allahın nəzarətində olduğu insanlara belə xatırladılmışdır:
Göydə olanın sizi yerə batırmayacağına əminsinizmi? O zaman yer hərəkətə gəlib titrəyəcəkdir. Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz. (Müşriklərdən)əvvəlkilər də bunu yalançı hesab etmişdilər. (Görəydin) Mənim inkar etməyim necə oldu! (Mülk surəsi, 16-18)Halbuki Allah hər hadisədə olduğu kimi, burada da insanları qoruduğunu göstərir. Arabir meydana gətirdiyi fırtınalarla insanları düşündürür. Onlara həyatdakı məqsədlərinin nə olduğunu, Allahın gücü qarşısında acizliklərini və Qiyamət günü ilə qarşılaşacaqlarını unutmamaları üçün xəbərdarlıq edir.