İbrətamiz nümunə: Titanik hadisəsi


Sahib olduqları güc və imkanlara güvənərək Allahın qüdrətini təqdiretməyən insanlar bir çox bəlalarla üzləşmişlər. Tarix bu cür ibrətamiz hadisələrlə doludur. Bu hadisələrlə Allah insanlara gücün, zənginliyin, elmin, texnologiyanın, qısası, heç bir şeyin Onun gücü qarşısında əhəmiyyəti olmadığını və Onun hər şeydən üstün,qüdrətli olduğunu xatırlatmışdır.

Saymaqla bitirə bilməyəcəyimiz hadisələrdən biri də “Titanik”gəmisininbaşına gələn fəlakətdir. Titanik gəmisi 15 min insanın əməyi ilə hazırlanmış səyahət gəmisi idi. Hündürlüyü 55 m, uzunluğu 275 m olan bu gəmi o zamana qədər düzəldilmiş ən böyük gəmi idi. İnsanlar gəminin texniki cəhətdən qüsursuz olduğunu düşündükləri üçün nə olursa olsun, batmayacağına inanmışdılar. Amma buna güvənən insanlar ən önəmli bir gerçəyi unutmuşdular. Allahın yazdığı qədərə əsla qarşı çıxmaq olmaz. Hansı ki, çox kiçik bir xəsarət sayəsində gəmi qısa zaman ərzində batmışdı.

Xilas olanlarbir çox insanın gəminin batacağını anladığı üçün toplanıb dua etdiyini deyirdilər. Quranın bir çox ayələrində də insanların sıxıntı və təhlükə anlarında Allaha dua etdikləri, ondan qurtulduqları zaman isə üz döndərdikləri bildirilmişdir:

Lütfünə nail olasınız deyə dənizdə gəmiləri sizin üçün hərəkətə gətirən Rəbbinizdir. Həqiqətən, O sizə qarşı rəhmlidir. Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız (sizdən) uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur! (Allahın) sizi quruda yerə batırmayacağına, yaxud üstünüzə daş-kəsəkli tufan göndərməyəcəyinə əminsinizmi? Sonra sizi qoruyan da tapa bilməzsiniz. Yoxsa sizi bir daha dənizə qaytarıb üstünüzə qasırğa göndərməyəcəyinə və kafir olduğunuza görə (dənizdə) sizi batırmayacağına əminsiniz? Sonra buna görə Bizdən intiqam alan bir nəfər belə tapa bilməzsiniz. (İsra surəsi, 66-69)
İnsanlar dünyadakı heç bir şeyin daimi olmadığını və bütün gücün yalnızca Allaha aid olduğunu əsla unutmamalıdırlar. Çünki insanlar belə fəlakətlərlə qarşılaşdıqda onlara yeni fürsət verilməyəcək və səhvlərini düzəldə bilməyəcəklər. Allah insanların heç gözləmədikləri anda canlarını ala bilər:
Məgər onlar göylərin və yerin səltənətinə, Allahın yaratdığı hər şeyə, əcəllərinin yaxınlaşa biləcəyinə diqqət yetirmirlərmi? Bundan sonra hansı sözə inanacaqlar? (Əraf surəsi, 185)