
Təlim mərkəzi:timus (çəngələbənzər vəzi)
Timusda limfosit hüceyrələrinə sanki təlim keçirilir. Bu təlim sayəsində limfosit hüceyrələri çox əhəmiyyətli məlumatlarla təchiz olunur, orqanizmdəki hüceyrələrin antigenlərini tanımağı öyrənirlər. Bu, birnöv, bədəndəki hüceyrələrin “şəxsiyyət vəsiqələrinin” limfosit hüceyrələrinə ötürülməsidir.Beləliklə, limfositlər vəzifələrini yerinə yetirərkən tanıdıqları hüceyrəyə toxunmur, digər bütün hüceyrələrə və yadcisimlərə hücum edir və onları məhv edirlər.
Şüursuz orqanın və limfosit hüceyrələrinin bunları özbaşına edə bilməsi qeyri-mümkündür. Bu orqanın hüceyrələrə əhəmiyyətli məlumatlar ötürməsi, limfosit hüceyrələrinin bu məlumatları necə istifadə edəcəyini bilməsi və zərərsiz hüceyrələri tanıyaraq onlara hücum etməməsi Rəbbimizin əmri və nəzarəti ilə gerçəkləşən yaradılış dəlilidir.