Təkəbbürlü insanların izlədiyi dünya mərci dənəsi böyüklüyündədir


7 aprel 2009-cu il tarixli Scientist jurnalının əsas mövzusu “Born Believers” (Doğuşdan inanclılar) başlığı ilə verildi. Yazıda darvinistlər Allah inancını təkamül nəzəriyyəsi ilə əlaqələndirməyə çalışır, insanların əcdadlarından gəlmə bir xüsusiyyətlə doğuşdan Allaha inam anlayışına sahib olduqlarını iddia edir və bu iddianı sənədləşdirmək üçün də ard-arda saysız darvinist açıqlama gətirirdilər.

Çox keçmədən yerli mətbuatda da yayılan bu xəbərdə Allah inancı təbii seleksiyanın nəticəsi olaraq göstərilməyə çalışılır və bütün bu azğın izahlara əsaslanan yaradılış izahının (Allahı tənzih edirik) insan beyninin yaratdığı bir düşüncə olduğu kimi məntiqsiz bir iddiaya yer verilirdi. (Allahı tənzih edirik)

Darvinistlərin saxta açıqlamalarından ibarət olan bu yazı, çökmüş nəzəriyyəni yenidən diriltmək üçün göstərdikləri son çırpıntı idi.

Uca Rəbbimiz ayələrdə bunu buyurmuşdur:

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik. Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun. (İnsan surəsi, 2-3)
İnanan, ya da inanmayan hər insan dünyada imtahan edilir.

Dünya həyatı, insanların yaxşılıq və pisliklərlə sınandığı, yaxşılarla pislərin ayırd edildiyi imtahan yeri olaraq yaradılmışdır. Bütün insanlar tarixdə haqq kitablar və haqq peyğəmbərlərlə xəbərdar edilmiş, onları yaradan Uca Qüdrəti tanımışlar. Hər insan ağlının kəsdiyi, Allahı qavradığı andan etibarən bütün etdiklərindən məsuldur. Yenə hər insan, özünü yaradan Allaha iman etməklə, Yaradana şükür etməklə və Ona qul olmaqla məsuldur və bu səbəbdən ömür boyu imtahan edilir.

Buna görə də seçim insanın öz vicdanına buraxılmışdır. Yer üzünə baxanda Yaradıcının, hər şeyə qadir olan, böyük, güclü və uca olduğunu görmüş oluruq. Vicdan insana bu həqiqəti göstərir. Vicdanına tabe olan insan, heç bir tərəddüd etmədən Allaha təslim olur. Dünyadakı imtahanın sirrini bilir və yalnız Allahın razılığını qazanmaq üçün yaşayır.

Bir uşaq da ətrafında gördüyü hər şeyin təsadüfən olmayacağını, bunların hamısının bir məqsədlə, üstün və uca bir Yaradıcı tərəfindən yaradıldığını asanlıqla başa düşür. Çünki kiçik yaşına baxmayaraq, azğın düşüncələrin girmədiyi tərtəmiz zehni ilə, ətrafında gördüyü pişiklərin, çiçəklərin, göy üzünün, ən sevdiyi dostlarının varlığının təsadüf olmayacağını sürətlə qavrayır. Həmin yazıda iddia edildiyi kimi bu onun əvvəldən, təkamülçülərin dili ilə “ təbii seleksiya yolu ilə şərtlənmiş” və ya “fövqəltəbii qüvvələrə inanc axtarışı içində” olmağından deyil, ətrafındakı möhtəşəm dünyaya mühakiməsiz və dürüstcə baxmağından qaynaqlanır. Uşaqların belə qavradığı bu həqiqəti görməzlikdən gələn insanlar isə heç bir dəlilə əsaslanmadan Allahın varlığını inkar edənlərdir.

İnkar edənlərin fərqində olduğu, ancaq qəbul etməməkdə israrlı olduqları həqiqətlər

Allahın varlığını inkar edənlər də, əslində Allah inancının (Allahı tənzih edirik) beyində yaradılmadığın dərk edirlər. Bu insanların hamısı, məqsədsiz yaradılmış təsadüflərin məhsulu olan bir dünya içində yaşamadıqlarının fərqindədirlər. Yer üzündəki yaradılışın möhtəşəm olduğunun, təsadüflərin bunu açıqlamayacağının, həyatın və ölümün bir məqsədlə var olduğunun, qeyri-müəyyənlikdən gəlib yoxluğa qərq olmaq düşüncəsinin və təsadüflərdən yaranan bir dünya anlayışının dəhşətverici olduğunun fərqindədirlər. Allahın haqq kitablar və haqq peyğəmbərlər vasitəsilə xəbərdar etdiyini və bu dünyada etdiklərindən məsuliyyət daşıdıqlarını, məqsədsiz yaradılmadıqlarını anlayırlar.

Bundan əlavə, bu insanlar, ətraflarındakı rəngli, canlı, hərəkətli dünyanın, beyinlərinin içindəki mərci dənəsi böyüklüyündə bir yerdə var olduğunu; evlərin, insanların, ölkələrin, göy üzünün, qısası var olan böyük-kiçik hər şeyin yalnızca bu mərci dənəsi böyüklüyündəki yerdə yaradıldığını da bilirlər. Xarici dünyada var olanın əslini heç vaxt görməyəcəklərini, yalnız beyinlərindəki bu mərci dənəsi qədər olan yerdə yaranan dünyanı izlədiklərini 21-ci əsrdə elm onlara sübut etmişdir. Artıq görən, eşidən, başa düşən, dərk edən, danışan, gülən, sevinən, darıxanın RUH olduğunu bilirlər. Bunu inkar edə bilməzlər, çünki elm bunu onlara sübut etmişdir. Yalnız metafizik bir varlıq olan və yalnız Rəbbimizin buyuruğu altında olan ruhun varlığı, mütləq maddə anlayışına dayanan bütün açıqlamaları yerlə bir edir və uca Rəbbimiz olan Allahın mütləq və üstün varlığını göstərir.

Buna görə də (Allahı tənzih edirik) Allah inancının zehnin əmələ gətirdiyi bir inanc olduğuna dair izahların hamısı saxta və yanlışdır.

Bu tip yazılarda əsil məqsəd budur: Allah inancına qarşı mübarizə aparanlar, əslində uca Rəbbimizin böyüklüyünü, ucalığını,üstünlüyünü dərk edirlər. Amma dünyada get-gedə güclənən dinə meyilliliyə qarşı çıxa bilmək məqsədilə, insanların sahib çıxdığı müqəddəs dəyərləri təbiət hadisəsi kimi təqdim etməyə çalışırlar. Bu yolla həm təkamül nəzəriyyəsinin etibarlılığı varmış təəssüratı verməyə, həm də inancın zehində yaranan bir məlumatdan ibarət olduğunu yaymağa çalışırlar. Halbuki onlar bunu edərkən, eyni imtahan mühitində bütün digər insanlarla birlikdə imtahan olunurlar.

Rəbbimiz onları görüb müşahidə edir. Onlar, Allah inancını, insanların öz beynində yaratdığını iddia edərkən, bir gün mütləq axirət həqiqəti ilə qarşılaşacaqlar. O zaman Allahın varlığını inkar edənlər də, axirət həyatından şübhə edib tərəddüd edənlər də, “bütün həqiqət bu dünya həyatından ibarətdir” deyənlər də əsl yurdun nə olduğunu mütləq anlayacaqlar. Uca Allah bir ayəsində belə buyurur:
Allah ədalətlə hökm verər. Ondan başqa yalvardıqları (bütlər) isə heç bir şeyə hökm verə bilməzlər. Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir! (Ğafir surəsi, 20)