Asqırma


Niyə asqırırıq?

Asqırma burunun selikli qişasına daxil olan yad cismin xaric edilməsi zaman yaranan refleksdir. Asqırdıqda hava burundan həddən artıq sürətləçıxır.

Asqırma necə baş verir?

Burunun selikli qişasına düşən yad maddə narahatlıq yaratdığı üçün siniri oyandırır. Nəticədə beyinə xəbərdarlıq göndərilir və beyindəki refleks mərkəzləri tərəfindən asqırma prosesi həyata keçirilir.

Asqırmanın orqanizmə təsiri

Asqırma əsnasında üz, sinə və qarın əzələlərinin bir çoxu bir-birinə paralel gərilir. Bu gərilməni beyin və onurğa beyni idarə edir. Buna görə çox vaxt asqırmanın qarşısını ala bilmirik. Yaranan təzyiqə görə kapillyar damarlar zərər görəcəyi üçün asqırmanın qarşısının alınması məsləhət görülmür.

Asqırma prosesində rol oynayan sinirlər gözün xarici qismində yerləşən buynuz qişa ilə də əlaqəlidir. Buna görə də asqırma zamanıgözlərimizyaşarır və gözlərimizi açıq saxlaya bilmirik.

Tənəffüs prosesinin ilk mərhələsi burunla başlayır. Buruna havanın daxil olmasına mane olan vəziyyətlərin qarşısını almaq üçün asqırma refleksi baş verir. Bu refleks sayəsində qeyri-iradi olaraq ani, çox sürətli tənəffüs etməyə başlayırıq. Xəbərimiz belə olmadan qorunan bədənimiz uca Allahın qüsursuz yaratma sənətini əks etdirən saysız dəlillərdən yalnız biridir.