
Nəticə
Dünya məqsədsizcə gəzənlərin, klublarda dava edənlərin, dəbdəbəli kafelərdə özlərini göstərənlərin, malları ilə lovğalananların, həyatlarını boş məqsəd üzərində quranların düşündüyü kimi həqiqi və mütləq yer deyil. Zehnimizdə seyr etdiyimiz və əslinə çata bilmədiyimiz görüntüdür. Sadaladığımız insanlar da bu hissləri zehinlərində seyr edirlər, amma bunu anlamırlar.
Bu mövzu çox əhəmiyyətlidir və Allahı inkar edən materialist fəlsəfəni ən təməlindən sarsıdır. Marks, Engels, Lenin kimi materialistlərin bu mövzunu eşidəndə təşvişə düşmələrinin, əsəbiləşmələrinin, həmfikirlərinin “əsla düşünməyin” deyə xəbərdar etmələrinin səbəbi budur. Ancaq bu insanların ağlı hisslərin beyində yarandığı həqiqətini belə qavramayacaq qədər çox zəifdir. Beyinlərinin içində seyr etdikləri dünyanı “xarici dünya” bilir, bunun əksini göstərən aydın dəlilləri isə heç cür anlamırlar.
Bu qəflət Allahın inkarçılara verdiyi ağıl əskikliyindən yaranır. Çünki Quranda bildirildiyinə görə inkarçıların “gözləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar heyvan kimidirlər, bəlkə də, (ondan) daha çox zəlalətdədirlər. Qafil olanlar da məhz onlardır!” (Əraf surəsi, 179)
Siz səmimi düşünərək də bunu anlaya bilərsiniz. Bunun üçün diqqətinizi toplayaraq fikrinizi cəmləməli, ətrafınızdakı cisimləri necə gördüyünüz və onlara necə toxunduğunuz haqqında düşünməlisiniz. Əgər diqqətli düşünsəniz, görən, eşidən, toxunan, düşünən və indi bu yazını oxuyan ağıllı varlığın sadəcə ruh olduğunu və sanki pərdə üzərində “maddə” adlanan hissləri seyr etdiyinizi hiss edə bilərsiniz. Bunu qavrayan birisi insanların böyük əksəriyyətini aldadan maddi dünya ölçüsündən uzaqlaşıb həqiqi varlıq ölçüsünə girər.
Bu həqiqətdən tarix boyunca bəzi dindarlar və filosoflar da bəhs ediblər. Bu həqiqəti səhv anlayan və bütün məxluqatın varlığını rədd edən “Vəhdəti-vücud” fikri yanlış istiqamətlənsə də, böyük mücəddid İmam Rəbbani bu mövzuda doğru ölçünü qoyub. İmam Rəbbaniyə görə bütün varlıqlar Allahla müqayisədə “kölgə varlıq”lardır. İmam Rəbbani, Mühyiddin İbn əl-Ərəbi, Mövlana Cami kimi İslam alimləri bu həqiqəti Quranın işarələri və ağıl yolu ilə öyrəniblər. Corc Berkli kimi bəzi Qərb filosofları da bu həqiqəti ağılla qavrayıblar. İmam Rəbbani bütün maddi kainatın “xəyal və hiss olduğunu və tək mütləq varlığın da Allah olduğunu Məktubatında belə izah edir:
Allah. Yaratdığı varlıqların bədənlərini yoxluqdan fərqli bir şey etmədi... Bütün bunları hiss və vəhm dərəcəsində yaratdı. Aləmin varlığı hiss və vəhm dərəcəsindədir, maddi dərəcədə deyil. Əslində xaricdə (xarici dünyada) Uca Zatdan (Allahdan) başqa heç nə yoxdur. (Alaettin Şenel, "Evrim Aldatmacası mı?, Devrin Aldatmacası mı?" Bilim ve Ütopya, Aralık 1998)
İslam təsəvvüfündə mütəxəssis olan Əbdülhakim Bilgə “Mütləq varlıq, kölgə varlıq və yoxluq” başlıqlı məqaləsində İmam Rəbbaninin bu mövzuda bildirdiyi doğru ölçünü qısaca belə ifadə edir:
İmam Rəbbaninin nəzərində aləm “yoxluq” mərtəbələrindən ibarətdir. İlahi adlar və sifətlər elm dairəsindən yoxluq mərtəbələrinə əks olunur və xarici planda Allahın yaratması ilə yoxluq mərtəbələrində “kölgə varlıq”lar şəklində mövcud olurlar.
Beləcə aydın olur ki, aləm xaricdə əsl və həqiqi halı ilə mövcuddur, lakin bu “xaric” də varlıqlar kimi o xaricin kölgəsidir. Aləm “Allahın eynisidir” deyə bilmərik. Çünki aralarında xarici ayrılıq və ziddiyyətlər var. Eynilə, insanın kölgəsi məcazi mənada o insanın eynisidir və özüdür fikrinin doğru olmadığı kimi...
İmam Rəbbani. O kölgənin xarici varlığının olduğunu, yəni kölgə varlığın, xarici varlıq aləmində mövcud olduğunu qəbul edir və kölgəni əsli ilə əsla bir tutmur. (Abdülhakim Bilge, "Mutlak Varlık, Gölge Varlık ve Yokluk", Arafiyan Dergisi, noyabr 1994)
Ancaq tarix boyunca bu həqiqəti məhdud sayda insan anlayıb. İmam Rəbbani kimi böyük alimlər bu həqiqətin böyük kütlələrə deyilməsindən ehtiyat etmiş və çox insanın bunu anlamayacağını yazmışlar. İndiki dövrümüzdə isə bu həqiqət elmin ortaya qoyduğu dəlillərlə açıqlanır. Maddənin mütləq varlıq olmadığı və bizim bununla bağlı çox məhdud ağlımızın olduğu dünya tarixi boyunca ilk dəfə bu qədər açıq, aydın və anlaşılan şəkildə izah edilib.
Buna görə də XXI əsr geniş şəkildə insanların İlahi həqiqətləri qavrayacaqları və yeganə mütləq varlıq olan Allaha dalğa-dalğa yönələcəkləri tarixi dönüş nöqtəsi olacaq. XXI əsrdə XIX əsrin materialist inancları tarixin tozlu səhifələrində qalacaq, Allahın varlığı və yaratması qavranılacaq, məkansızlıq, zamansızlıq kimi həqiqətlər anlaşılacaq, insanlar əsrlərdir gözünün önünə çəkilən pərdələrdən və batil inanclardan qurtulacaqlar.
Hansısa kölgə varlığın bu qaçılmaz həqiqətin qarşısını alması qeyri-mümkündür...