
Müdafiə sistemində sümük iliyinin rolu
Hiroşima və Naqasaki şəhərlərinəatom bombası atılması nəticəsində radiasiyaya məruz qalmışinsanların əksəriyyəti 10-15 gün ərzində daxili qanaxma və yoluxucu xəstəliklər səbəbi ilə həyatını itirmişdir. Bu insanların ölüm səbəbini anlamaq üçün heyvanlar üzərində müəyyən təcrübələr aparılmışdır. Nəticədə məlum olmuşdur ki, bədən tamamilə radiasiyaya məruz qaldığı üçün müdafiə sisteminin əsasını təşkil edən hüceyrələr də məhv olur.
Müdafiə sistemi hüceyrələrinin fabriki sümük iliyidir. Bu fabrikdə müxtəlif hüceyrələr istehsal olunur. Çünki bəzi hüceyrələr ölü hüceyrələri udaraq zərərsizləşdirir, bəziləri qanı laxtalandırır, bəziləri isə qəbul edilən qidaların parçalanmasında rol oynayırlar. Bu hüceyrələr quruluşlarına görə də bir-birlərindən fərqlənirlər.