
Texnologiyanın çarəsizliyi: Kobe zəlzələsi
Üstün texnologiyaya sahib insanlar bəzən təbiətə hökm edə biləcəklərini düşünürlər. Lakin bu hissə qapılanlar qısa zaman ərzində məyusluğa uğrayırlar. Çünki texnologiya da Allahın insanların xidmətinə verdiyi nemətdir və Allahın nəzarətindədir. Qabaqcıl texnologiyalar belə Allah diləmədikcə insanlara heç bir fayda verə bilməz. Bu, bir çox hadisələrlə insanlara sübut olunmuşdur.
Məsələn,qabaqcıl texnologiyaya sahib yaponlar zəlzələyə dayanıqlımükəmməl ixtiralar etsələr də, 1995-ci ilin yanvar ayında baş verən zəlzələnin təsiri onlardan da yan keçməmişdi. Qabaqcıl texnologiya ilə inşa etdikləri binaların çoxu sanki kağızdan hazırlanmış kimiuçmuşdu.Yapon hökuməti və universitetləri zəlzələdən qabaqcadan xəbərdar ola bilmək üçün apardıqları bir çox araşdırmalara son 30 il ərzində bir milyard dollar pulxərcləyiblər. Amma müvəffəqiyyətli ola bilmədilər, çünki yer qabığındakı təkanları müəyyən edib təsnifləndirmək üçün tamamilə effektiv modellərixtira etmək qeyri-mümkündür. Kobe zəlzələsi buna nümunədir.
Kobe xalqı zəlzələni bir neçə saat, hətta bir neçə gün öncədən xəbər verə bilən bir sistemə güvənirdilər. Amma bu gözəl liman şəhərini bir anda yerlə-yeksanedən və mərkəzi Kobedən 25 km uzaqlıqda, dənizin 15 km altında meydana gələn zəlzələni heç bir sistem xəbər verə bilmədi. Yaponların “ən güclü zəlzələyə belə dayanıqlıdır” dedikləri binalarının bu şiddətli zəlzələyə qarşı dayanıqlı olmadığı ortaya çıxmışdı.
“Zəlzələnin baş verdiyi Kobe və Osaka şəhərlərinin yerləşdiyi bölgələr Yaponiyanın inkişaf etmiş sənaye və ticarət mərkəzlərindən idi. Buna görə zəlzələninbu bölgələrə vurduğu zərər milyardlarla dollara qədər çatmışdı.”(H.J.de Blij, M.H.Glantz, S.L.Harris, Restless Earth, The National Geographic Society, 1997, səh. 8 )
Rifah içində yaşayan insanlar bir vaxt belə bir zəlzələnin baş verəcəyini ağıllarına gətirmirdilər. Bu zəlzələ ilə onlar gələcəkləri üçün plan qurmaq bir tərəfə, həmin anda belə nə edəcəklərini bilməmişdilər.