
İnsanların fəlakətlər qarşısındakı acizlikləri
Yer kürəsibir çox daxili və xarici təhlükələrlə qarşı-qarşıyadır. Meteoritlər, qara dəliklər, quyruqlu ulduzlar xarici təhlükələrin sadəcə bir qismidir. Yerin dərinliklərində çox qızmar təbəqə mövcuddur. Bu səbəbdən Yeri “ayağımızın altında qaynayan kürə”yə bənzədə bilərik. Bundan başqa, Yeri hər tərəfdən əhatə edib qoruyan atmosfer qatı da vardır.Atmosferin qoruyucu xüsusiyyəti olsa da,şiddətli təsirləri olan bir çox atmosfer hadisələri də mövcuddur: küləklər, fırtınalar, tayfunlar ...
Təbii fəlakətlər bəzən can və mal itkisinə səbəb olur. Başda zəlzələlər olmaqla vulkan püskürmələri, sellər, böyük dalğalar, qasırğalar, fırtınalar, şiddətli yanğınlar bir-birindən fərqli bir çox faciələr meydana gətirir.Qısa zaman ərzində bir şəhəri, orada yaşayan bütün insanlarıvə digər canlıları məhv edə bilir. İnsanlar isə bu fəlakətlər qarşısında tamamilə aciz qalırlar.
İnsanlar fəlakətlər barədə geniş məlumata sahib olsalar da,qarşılaşmadıqları müddətcəbu hadisələri ağıllarına belə gətirmək istəmirlər.Bütün canlılar sanki xüsusi nəzarət altındaqorunurlar. İnsanlar bu cür təhlükələrdən qorunsalar da, Allah bəzən insanlara yaşadıqları yerin necə etibarsız yer olduğunu göstərir, kainat üzərində heç bir hökm verə bilməyəcəklərini xatırladır. Bütün fəlakətlər öyüd alanlar üçün ibrətdir.
Bəs insanlar bu hadisələrdən daha hansı nəticələri çıxarmalıdırlar?
Əvvvəlcədən də bildirdiyimiz kimi, insanlar dünyayasınanmaq üçün göndərilirlər.Bununla iman gətirənlərlə küfr edənlər bir-birindən ayırd edilirlər. Allah bu həqiqəti bir ayədə belə bildirir:
Hansınızın daha yaxşı əməl sahibi olduğunu sınamaq üçün Ərşi su üzərində ikən, göyləri və yeri altı gündə yaradan Odur... (Hud surəsi, 7)İnsanın dünyadakı imtahanı qüsursuzdur.Hər hadisə müəyyən səbəblərə görəbaş verir. Məsələn, insanların yer üzündə dura bilmələri ümumdünya cazibəqanunu ilə açıqlanır. Yağışın yağması buludlar və külək sayəsində gerçəkləşir. Ölümlər, qəzalar və xəstəliklər mütləq hansısasəbəblərdən yaranır...Bu cür səbəb-nəticə əlaqələrini səhifələrlə sadalaya bilərik. Ancaq burada sadalananların sayca çoxluğu deyil, nə qədər “inandırıcı” bir sistem olması diqqəti cəlb edir.
Allah bəzən insanları təbii fəlakətlərlə xəbərdarlıq edir. Məsələn, zəlzələdə insanların bir qismi ölür və ya yaralanır.Aralarında yaşlılar, kişilər, qadınlar, hətta uşaqlar da olur. Qəflətdə olaninsan Allahın bu fəlakətləri xüsusi məqsədlə yaratdığını düşünə bilmir.Bəs belə olmasa idi və zəlzələ yalnızca günahkarlarazərər versə idi, nə olardı? Şübhəsiz ki, imtahan aradan qalxardı. Amma Allah buna izin vermir, dünyada baş verən hər hadisəni insan məntiqinə uyğunyaradır. Bu hadisələrdə bir məqsəd və hikmət olduğunu ancaq Allaha iman gətirən və kəskin diqqətə sahib möminlər anlaya bilirlər.
Allah “Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!” (Ənbiya surəsi, 35) ayəsi ilə bütün insanları yaxşı və pis hadisələrlə sınayacağını bildirmişdir.İnsanların bir çoxunun belə hadisələrlə üzləşməsi imtahanın sirridir. Unutmamalıyıq ki, Allah sonsuz ədalət sahibidir və hər insana etdiyinin qarşılığını əskiksiz verir. Bu dünyada insanların qarşılaşdığı hər hadisə yalnızca imtahan məqsədlidir. Səbir edənlərin də, imtahanın fərqində olmayanların da əməllərinin qarşılığı tam veriləcəkdir. Allaha qəlbən bağlı olan vəOnu layiqincə təqdir edən insanlar dünyanın bu sirrini qayrayırlar. Hər hansı hadisə ilə qarşılaşdıqdadərhal Allaha yönəlibtövbə edirlər. Çünki Allahın Qurandakı bu vədini bilirlər:
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: “Biz Allaha məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır. (Bəqərə surəsi, 155-157)Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, inancından asılı olmayaraq,hər insan imtahan olunur. Bəzən təbii fəlakətlər, bəzənxəstəliklər, bəzən də adi hadisələrləsınanırlar. Bütün bunlar həm ayrı-ayrı fərdlərə, həm də bütöv cəmiyyətə maddi-mənəvi yöndəntəsir edir. Zəngin birinin iflas etməsi, olduqca gözəl birinin qəzada gözəlliyini itirməsi və ya müalicəsi olmayan xəstəliyə tutulması, qasırğanın təsiri ilə bir şəhərin darmadağın olması bu hadisələrdəndir.
Önəmli olan insanların bu hadisələrdən özləri üçünnəticə çıxarmalarıdır. Çünki Allah insanlarıyanlış davranışlardan çəkinərək doğru yola yönəlmələri üçünbu cür hadisələrlə xəbərdarlıq edir, dünyadakı hər şey kimi bu fəlakətlərin də bir məqsədlə gerçəkləşdiyini göstərir. Hər hadisənin Allahın izni ilə baş verdiyi Quranda belə bildirilmişdir:
Allahın izni olmadan (heç kəsə) bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir. (Təğabun surəsi, 11)
Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq. (Ali-İmran surəsi, 145)Qarşılaşdığımız çətinliklərin başqa bir hikməti də var. Özünü güc sahibi hesab edən insan Allahın diləməsi ilə bir anda baş verən fəlakətlər qarşısında nə qədər aciz olduğunu anlayır. Nə özünə, nə də ətrafındakılara yardım etməyə gücü çatmır. Hər şey Allahın nəzarətindədir. Ondan başqa heç kim nə zərər, nə də fayda verə bilər. Bu haqda Quranda belə bildirilmişdir:
Əgər Allah sənə bir zərər vurmaq istəsə, bunun qarşısını Ondan başqa heç kəs ala bilməz. Əgər sənə bir xeyir toxundursa, (heç kəs Ona mane ola bilməz). O, hər şeyə qadirdir. (Ənam surəsi, 17)Bu bölmədə baş vermiş fəlakətlər haqqındaətraflı bəhs edəcəyik. İnsanların bağlandıqları dünyanın gerçək yurd olmadığını və əsil həyatın axirət olduğunu xatırladacağıq. Bəhs edəcəyimiz bu gerçəklər fəlakətlər zamanı və ondan sonra insanların çarəsizliklərini anlamalarına dayardımedəcək. Bu çarəsizlik Allahın gücü qarşısında insanların heç bir gücünün və Allahdan başqa dostlarının olmadığını dagöstərir.