
İnsan bədəninin ehtiyacları
İnsan bir çox fiziki acizliklərlə birlikdə yaradılmışdır. Hər şeydən əvvəl, həm bədənini, həm də ətrafını təmiz saxlamaq, onlara çox diqqətli qulluq etmək məcburiyyətindədir. Bu qulluq üçün ayırdığı vaxt həyatının çox geniş hissəsini əhatə edir. Duş qəbul etmək üçün ayırdığı vaxt, əl-ayaq, saç, dəri və s. qulluğu ilə məşğul olarkən insanların sərf etdikləri zamanı qeydə aldıqları anketlərlə tez-tez qarşılaşırıq. Bu cür məlumatları ilk eşitdikdə insan çox heyrətlənir, çünki ömrünün çox hissəsini belə adi işlər üçün sərf etdiyini bəlkə də heç fikirləşməyib.
Gündəlik həyatın axışı içində evdə, yolda, işdə, məktəbdə fərqli insanlar görmək mümkündür. Bu insanların əksəriyyəti səliqəli geyimli, makyajlı, saçları daranmış, təraş olmuş, ütülü paltarlar geyinmiş insanlardır. Ancaq bu görünüşlərin bir də arxa planı vardır. Bu insanlar səliqəli görünmək üçün kim bilir nə qədər vaxt sərf etməli olublar.
Səhər ilk oyandığı andan gecə yatana qədər insanın yerinə yetirmək məcburiyyətində olduğu bir çox məşğuliyyətlər olur. Yuxudan oyanıb gözünü açdığı andan etibarən, ilk gedəcəyi yer vanna otağıdır. Çünki yatdığı müddətcə ağzının içində çoxalan bakteriyalar səbəbindən xoş olmayan bir dad və qoxu ilə oyanmışdır və dişlərini fırçalamalıdır. İnsanın günə başlaya bilməyi üçün lazım olan əməliyyatlar bununla bitmir. Əlini, üzünü də yumağa məcburdur. Ancaq sadəcə bədəninin bu üzvlərini yumağı kifayət etməyəcək. Əvvəlki gün və gecə boyunca bədənində bir çox proses gerçəkləşib. Məsələn: saçları və üzü yağlanmış, saçında kəpək əmələ gəlmiş, bədəni tərləmişdir. Bütün bu xoşagəlməz vəziyyətdən çıxmağın tək yolu isə duş qəbul etməkdir. Bunu etmədiyi halda yağlı saçları, tərli bədəni ilə insanların arasına qatılmağı çox da xoşagələn olmayacaq.
Təmizlik üçün istifadə olunacaq vasitələrin çoxluğu isə insanın bədəninin nə qədər çox şeyə möhtac olduğunu göstərir.
Məsələn, təmizlik üçün su və sabunla yanaşı, əlavə vasitələrə də ehtiyac var. Çünki bədən üzərindəki ölü dəri təbəqəsini təmizləmək lazımdır.
Hər insan bədən təmizliyi ilə bərabər, paltarlarının, evinin, ətrafının da təmizliyinə uzun zaman ayırmalıdır. Əks halda bir müddət yumadan geyindiyi paltarlar və evinin çirkliliyi səbəbindən yanına yaxınlaşmaq belə mümkün olmaz. Qısası, insanın bir gün içində yaşadığı vaxtın əsas hissəsi təmizlik və baxımla keçir. Üstəlik bu baxımı təmin etmək üçün çox fərqli vasitələrə, kimyəvi vəsaitlərə ehtiyac duyur. Allah insanı çox aciz bir bədənlə yaradarkən, bu acizliyini keçici olaraq örtməsini, ətrafa hiss etdirməməsini təmin edən imkanları da ona təqdim etmişdir. Həm də insana təmizlənməsini, acizliyini göstərməməsini düşünmək qabiliyyəti də vermişdir. Ancaq insanlar bəzən ağıllarını və Allahın verdiyi digər texniki imkanları istifadə etmədikləri üçün xoşagəlməyən bir görünüşlə qarşımıza çıxırlar.
İnsan nə qədər təmizlik edib, bədəninə qulluq etsə də, bu da keçicidir. Dişini fırçalayan bir insan bəlkə də bir saat sonra heç fırçalamamış kimi olur. Duş qəbul etmiş insan əgər yay fəslindədirsə bir-iki saat sonra yenə çirklənir. Bir də gözəlləşmək üçün uzun saatlarını aynanın qarşısında keçirdən bir qadını düşünün; sonrakı gün oyananda bir gün əvvəl etdiyi makyajdan üzündə əsər-əlamət yoxdur. Hətta yatıb səhər oyananda üzündə qalan boya qırıntılarına görə hər zamankından da pis görüntüdə olur. Ya da uzun-uzun təraş olan bir kişi növbəti səhər oyananda təkrar eyni şeyləri yaşamaq məcburiyyətində qalır.
Bütün bunların yaradılmasındakı hikmət insanları düşünməyə vadar etməkdir. Bunlar məcburi acizliklər deyil, xüsusi olaraq yaradılıblar. Bu nümunə üzərində düşünək; İnsan bədən temperaturu artdıqda normal olaraq tərləyir.Tərdən qaynaqlanan qoxu isə çox xoşagəlməzdir. Yer üzündə yaşayan bir insan bu acizliklərlə tez-tez qarşılaşır. Halbuki bu cür olmaya da bilər. Məsələn, bu hal bitkilərə aid deyil. Bir gülü düşünün; qara torpağın altından çıxdığı, küçədə təbii halda yetişdiyi, hər an hər cür tozla, çirklə ünsiyyətdə olduğu halda heç vaxt pis qoxu gəlmir. Hər an, hər yerdə gülün qoxusu gözəllik gətirir. Üstəlik gülün təmizlənmək, özünə qulluq etmək kimi bir ehtiyacı da yoxdur. Ancaq insan üçün vəziyyət fərqlidir. Allah insana acizliyini hiss etdirəcək hər cür əskikliyi xüsusi olaraq yaratmışdır. Nə qədər təmizlənirsə təmizlənsin , nə qədər kosmetik vasitədən istifadə edirsə etsin, gözəl bir qoxunu üzərində davamlı saxlaya bilmir.
Həyatını davam etdirə bilmək üçün qidalanmalıdır. Üstəlik bu qidalanma normal planlanmalıdır. İnsan bədəni eyni anda zülala, karbohidrata, şəkərə,vitaminlərə, fərqli minerallara ehtiyac duyur.Sayılan maddələrdən müəyyən miqdarda ala bilməsə, daxili orqanlarında ciddi şəkildə fəsadlar yarana bilər, immunitet sistemi zəifləyər, yəni bədəni gücsüz düşər. Bunun üçün təmizliyə göstərdiyi həssaslığı qidalanmağa da göstərməlidir. İnsanın qidalanmaqdan daha vacib bir ehtiyacı da var. Qidalanmadan bir müddət yaşamaq mümkün ola bilir, lakin bir-iki gün bədənə heç bir halda su girməməsi insan üçün ölümcüldür. İnsan bədəni suya möhtacdır. Çünki bədənin içindəki həyatı davam etməsini təmin edən kimyəvi proseslərin demək olar ki, hamısı suyun köməyi ilə meydana gəlir. Təbii ki, burada bəhs olunanlar hər insanın öz üzərində görə biləcəyi əskikliklərdir. Lakin hər kəs bunların bir əskiklik olduğunu qavraya bilirmi? Yoxsa hər insan eyni acizliklərə sahibdir deyə bunları normalmı qarşılayır? Təbii ki, burada bəhs olunanlar bütün insanlar üçündür. Amma unutmamaq lazımdır ki, Allah diləsəydi, bunların heç birini insanların üzərində yaratmazdı. Hər insan bir gül qədər gözəl ətirli və tərtəmiz ola bilərdi. Amma insanı bütün acizlikləri ilə bərabər yaradan Allah bunu müəyyən bir hikmət ilə etmişdir. Yaradıcımız olan Allah qarşısındakı acizliyini görən insan, Onun özünü dəvət etdiyi yola tabe olmalı, keçici və əskik olan bu dünyaya bağlanmamalı,sonsuz bir yurd olan axirət üçün hazırlıq görməlidir.