
Hər saniyə bizdən xəbərsiz baş verən möcüzələr
Biz bilməsək də, hər saniyə bədənimizdə milyonlarla proses baş verir. Bu proseslər biz yatarkən də davam edir. Anidən baş verən reaksiyalardan bədənimizi qoruyan sistem isə xüsusi müdafiə mexanizmidir.
Orqanizmdə orqan və hüceyrələrin hər birinin xüsusi vəzifəsi var. Bu sistemdə ən kiçik bir xəta bütün nizamı pozur. İnsanın xəbəri olmasa da, bu müdafiə mexanizmi fövqəladə vəziyyətlərdə eynilə bir ordu kimi orqanizmi qoruyur. Müdafiə mexanizmindəki elementlərin hər biri möcüzəvi şəkildə öz vəzifəsini yerinə yetirir.İnsan orqanizmi xüsusi nizamla fəaliyyət göstərir. Yemək yeyərkən, nəfəs alarkən milyardlarla mikrob bədənimizə daxil olur. Amma uca Allahın diləməsi ilə bu mikroblardan qorunuruq. Hüceyrənin bacarıqlı və şüurlu davranmasını təmin etməyə isə Allahdan başqa heç bir varlığın gücü çatmaz.
Orqanizmdə fövqəladə vəziyyət zamanı dərhal hərəkətə keçən müdafiə sistemi haqqında öyrənən hər insan heyrətə düşər.