Digər istehsalat mərkəzi: limfa vəziləri


Möcüzəvi limfa sistemi bütün bədən boyu uzanan limfa damarları, bu damarlara yerləşdirilmiş limfa vəziləri, limfa vəzilərinin istehsal etdiyi və limfa damarlarında dolaşan limfosit hüceyrələri və bu hüceyrələrin içində üzən, limfa damarlarında dolaşan limfa mayesindən ibarətdir. Sistem belə işləyir:

• Bədən boyu uzanan limfa damarlarındakı mayekapillyar limfa damarlarındakı toxumalarla birləşir.

• Limfa mayesi həmin toxumalara aid bəzi məlumatlarla yenidən limfa damarlarına qayıdır.

• Bu məlumatlar limfa damarlarına ən yaxın limfa vəzisinə çatdırılır.

• Bununla da limfa vəziləri təhlükə olub-olmadığı barədə məlumatlandırılır.

• Təhlükə olduqda həyəcan siqnalı verilir.

• Limfa vəzilərində sürətlə limfosit və digər bəzi müdafiəçi hüceyrələr istehsal olunmağa başlayır

• Növbəti mərhələdə yeni əsgərlər limfa vəzilərindən limfa mayesi vasitəsilə limfa damarlarına, oradan da qan dövranına keçərək mübarizə aparılan bölgəyə göndərilir.

• Buna görə infeksiya olan bölgədəki limfa vəziləri limfositlərin sayı artdığı üçün əvvəlcə şişir. 21-ci əsr elmi müdafiə sistemimiz qarşısında hələ də cavabsızdır!

Kitablarda müdafiə sistemi ilə bağlı tez-tez belə ifadələrlə qarşılaşırıq:

“Bunun necə baş verdiyini hələ bilmirik...!

“Səbəbi hələ də məlum deyil...”

“Mövzu ilə bağlı araşdırmalar hələ də davam edir..”

“Bir nəzəriyyəyə görə...”

Bu cümlələr, əslində, önəmli etiraflardır. Bu, 21-ci əsrdə yaşayan insanın bütün texnologiyalara sahib olmasına baxmayaraq, olduqca kiçik hüceyrənin həyata keçirdiyi möcüzəvi əməliyyatlar qarşısında düşdüyü acizliyin etirafıdır. Mikroorqanizmin həyata keçirdiyi əməliyyatlar insan ağlının qavraya bilməyəcəyi qədər mükəmməldir.

İnsanların bu sistemin fəaliyyətini hələ də qavraya bilməmələri onun çox üstün bir Ağlın əsəri olduğunu sübut edir. Kainatdakı hər şey kimi insan həyatı da sonsuz ağıl sahibi Allahın nəzarəti altındadır. Bütün sistemləri yaradan sonsuz güc sahibi Rəbbimizdir.

Bu və buna bənzər bütün sualların cavabı 1400 il əvvəl Quranda bildirilmişdir. Aləmlərin Rəbbi olan uca Allah kainatdakı hər şey kimi bədənimizi və onu təşkil edən trilyonlarla hüceyrəni öz əmrinə tabe etmişdir:

“Doğrudan da, Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır.”(Əraf surəsi, 54)
Ciyərlərimizə çəkdiyimiz havada, içdiyimiz suda, yediyimiz yeməkdə, evimizdə, işimizdə, qısası, hər yerdə olan bakteriya və virus kimi mikroskopik canlılara qarşı müdafiə sistemimiz necə mübarizə aparır?

Hüceyrələrimizdə meydana gələ biləcək ani hadisələrin qarşısını hansı orqanlar alır?

Müdafiə sistemi bu əməliyyatları yerinə yetirərkən necənizamlı şəkildə çalışır?

Sadə olduğunu zənn etdiyimiz reaksiyalar, əslində, bu möcüzəvi sistemin bir hissəsidir. Temperaturun qalxması, bayılmaq, asqırmaq, qaralmaq... Bunların hər birinin, əslində, bu həssas mexanizmin bir hissəsi olduğunu bilirdiniz?