
Çoxfunksiyalı orqan: dalaq
Müdafiə sistemimizin digər mükəmməl elementi dalaqdır. Dalaq ağ və qırmızı olmaqla 2 hissədən ibarətdir. Ağ hissədə yaranan limfositlər əvvəlcə qırmızı hissəyə keçir və buradan qan dövranına qoşulurlar.
Tünd qırmızı rəngdə və mədənin yanında yerləşən bu orqanın funksiyalarınıgeniş tədqiq edən alimlər dalağın çox çətin və mürəkkəb əməliyyatlar yerinə yetirdiyini müəyyən ediblər:
• Ana bətnindəki körpədə sümük iliyi lazımi qədər qan hüceyrəsi yarada bilmir. Sümük iliyi bu funksiyanı ancaq körpə doğulduqdan sonra tam yerinə yetirir. Lakin bu müddət ərzində körpə qansız qalmır. Çünki bu mərhələdə dalaq fəaliyyətə keçir və sanki orqanizmin qırmızı qan hüceyrələri, trombosit və granulositlərə ehtiyacı olduğunu anlayaraq limfositlərlə yanaşı qan hüceyrələri də istehsal edirlər.
• Müəyyən miqdarda qan hüceyrəsini (qırmızı qan hüceyrələri və trombositləri) ehtiyatda saxlayır. Dalaq, əslində, kiçik həcmli orqandır və ehtiyat bazası yoxdur. Lakin məhz belə vəziyyətlərdə həcmini böyüdərək qırmızı qan hüceyrələri və trombositlər üçün yer ayırır. Xəstəliklər nəticəsində bəzən həcmi böyüyən dalağın ehtiyat üçün yeri də artır.
• Dalaqda çoxlu makrofaj hüceyrələri yerləşir. Bunlar dalağa gələn qanda mövcud qocalmış, pozulmuş qırmızı qan hüceyrələrini, eyni zamanda,bir sıra funksiyasını itirmiş qan hüceyrələrini və qandakı bəzi maddələri udub həzm edirlər.
• İnfeksiya və ya təhlükə hiss edildikdə orqanizmdə müdafiə sistemidərhal fəaliyyətə keçir. İlk növbədə müdafiə hüceyrələri artırılır. Daha sonra isə dalaq limfosit və makrofaj hüceyrələrini artırır. Beləcə, mükəmməl müdafiə sistemində dalaq da rol oynayır.