
Allahın mərhəməti
Biz hər birini öz günahına görə yaxaladıq. Onlardan kimisinin üstünə (qasırğa ilə birgə) daşlar göndərdik, kimisini qorxunc səs yaxaladı, kimisini yerə batırdıq, kimisini də (suya) qərq etdik. Allah onlara zülm etmirdi, onlar ancaq əməlləri ilə özləri özlərinə zülm edirdilər. (Ənkəbut surəsi, 40)Buraya qədər bəhs etdiklərimizdə məqsədimiz həyatlarının əsil məqsədini unudaraq yaşayan insanlara önəmli gerçəyi xatırlatmaq idi. Hər şey Allahın nəzarətindədir. “...Allah Öz işini qələbə ilə başa çatdırandır. Lakin insanların çoxu (bunu) bilmir” (Yusif surəsi, 21) ayəsi ilə bildirildiyi kimi, Allah hər şeyə hakimdir və insanların çoxu bu gerçəkdən xəbərsizdir. İnsanlar heç bir bədbəxt hadisə ilə qarşılaşmayacaqlarını zənn edirlər. Başqalarının başına gələn fəlakətləri eşitdikdə isə bir anlıq təsirlənir, daha sonra isə tamamilə unudurlar.
Halbuki hər yeni günün əvvəlki günlə eyni şəkildə davam edəcəyini düşünmək olduqca yanlışdır. Bəhs olunan fəlakətlərə məruz qalan insanlar də yaşadıqları fəlakət gününün digər günlərdən fərqli olmayacağını düşünmüşlər. Amma o gün onlar üçün digər günlərdən fərqli olmuş və Allah onları sahib olduqları hər şeyin bir anda yox ola biləcəyini göstərəcək bir hadisə ilə üzləşdirmişdir.
İnsanların böyük əksəriyyəti qəflət içindədir. Dünyanın müvəqqəti olduğunu və Allaha hesab verəcəklərini qulaqardına vururlar. Buna görə də Allahın razılığını qazanmaq əvəzinəaxirətdə onlara fayda verməyəcək bəsit dünya işləri ilə məşğul olurlar.
İnsanların başlarına gələn çətinliklər həm özləri, həm də buna şahid olan digərləri üçün Allahın bir mərhəmətidir. Allah bu çətinliklərlə dünyanın müvəqqəti olduğunu göstərərək onları əsil həyata, yəni axirətə hazırlaşmağa təşviq edir. Bəlaların bir çoxu, əslində, Allahın onlara lütf etdiyi bir fürsətdir. Bu bəlalar onlara tövbə etmələri və davranışlarını düzəltmələri üçün verilir.
Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tövbə surəsi, 126)