Allah qullarını rəhməti ilə əhatə edir


Orqanizmimizdə özünü qoruyan, sağaldan və səhvə yol vermədən işləyən orqanlardan ibarət olduğu möcüzəvi sistemlər mövcuddur. Reflekslər və buna bənzər müdafiə mexanizmləri də bu mükəmməl sistemlərin çox əhəmiyyətli hissələridir.

Bütün sistemləri qüsursuz yaradan və onlara nəzarət edən uca Allah qullarını da mükəmməl nizamla yaratmışdır. Öyrəndiyimiz hər məlumat Allahın ucalığını və üstün qüdrətini göstərən, eyni zamanda, bizə acizliyimizi xatırladan bir yaradılış dəlilidir. Bir Quran ayəsində Rəbbimizin yaratma sənəti haqqında belə bildirilir:

“Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allahdır...”(Mömin surəsi, 64)