
Acizliyimizi göstərən nümunələr
“Yeddi göyü təbəqələr şəklində quran Odur. Sən Mərhəmətli (Allahın) yaratdığında qətiyyən bir uyuşmazlıq tapmazsan. Bir başını qaldırıb (göyə)diqqət yetir, heç onda bir çat görürsənmi? Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir.” (Mülk surəsi, 3-4)Allah insanları və kainatı qüsursuz nizamla yaratmışdır. İnsanlar nə buna bənzər nizam yarada bilər, nə də bu qüsursuz nizama müdaxilə edə bilərlər. Vicdanla düşünən hər bir insan həm özünün, həm də kainatın üstün Güc tərəfindən yaradıldığını asanlıqla başa düşər. İnsan təkcə öz bədənini və ya təbiətdəki hər hansı bir şeyi araşdırsa,qüsursuz nizamı, planı və ağılı görər, bu ağlın, gücün qarşısında öz acizliyini dərk edər.
Hər an Allaha möhtac;q. Məsələn, göz qapağımız olmasa idi, hamımız qısa müddətdə kor olardıq. Göz qapağı həm göz almasını qoruyur, həm də gözü nəm saxlayır. Gün ərzində fərqində olmadan dəfələrlə gözümüzü qırparaq təmizləyirik. Göz qapağı olmasa idi, gözümüzdəki buynuz qişa da quruyar və qısa müddət sonra göz funksiyasını itirərdi. Ən kiçik toz zərrəciyi belə gözümüzdə mikrob yaradardı. İnsan çox aciz varlıqdır və əsla Allahın yaratdığı sistemi yarada bilməz.
Hər birinsan göz qapağı ilə doğulur və buna heç bir müdaxilə edə bilmir.Bunu yaradan isə üstün ağıl sahibi uca Allahdır.
“Ey insan! Səni öz Səxavətli Rəbbinə qarşı qoyan nədir? O ki, səni yaradıb kamilləşdirdi və sənə gözəl bir surət verdi. Səni istədiyi şəklə saldı.”(İnfitar surəsi, 6-8)Əgər gözləriniz görürsə və siz bu böyük nemətin dəyərini bilib, onu sizə lütf edənə həmd etmirsinizsə, nankorluq edirsiniz. İnsanların böyük əksəriyyəti nankordur və bu, bir ayədə belə bildirilir:
“De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!””(Mülk surəsi, 23)Gözlərimiz fərqli yerdə, məsələn ayaqlarımızın üzərində olsa idi, ancaq yeridiyimiz yeri görəcəyimiz üçün başımız daim harasa dəyərdi. Ölümcül zərbələr də ala bilərdik. Heç bir insan gözünün yerini özü müəyyənləşdirə bilmir. Allah insanların gözlərini ən uyğun yerdə yaratmışdır. Bir ayədə bu qüsursuz yaradılış belə ifadə olunur:
“O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır...” (Həşr surəsi, 24)Hər saniyə milyonlarla kub metr su okeanlardan atmosferə, oradan da yer üzünə dövr edir. İnsan ancaq bu böyük su dövranı sayəsində yaşaya bilir. Əgər bu dövranı biz təşkil etməyə çalışsaq, şübhəsiz ki, dünyadakı bütün texnologiyalardan istifadə etsək belə, bunu bacarmarıq. Həyatımızın əsas hissəsini təşkil edən su isə buxarlanaraq asan və təmiz yolla bizə çatdırılır. Suyun düsturu hər kəs tərəfindən bilinir və lazımi elementlər də mövcuddur. Buna baxmayaraq, üstün texnologiyalı bir dövrdə su istehsal edə bilməmələri insanların acizliyinə bir nümunədir. Su dövriyyəsinə heç bir şəkildə nəzarət edə bilməz və susuz bir neçə gündən artıq yaşaya bilmərik. Su Allahın bizə bəxş etdiyi böyük nemətdir. Allah Quranda buna görə şükür etməli olduğumuzu belə bildirir:
“İçdiyiniz suyu gördünüzmü? Onu buluddan siz endirirsiniz, yoxsa Biz endiririk? Əgər istəsə idik, onu acı edərdik. Bəs nə üçün şükür etmirsiniz?”(Vaqiə surəsi, 68-70)Yağış damcıları fərqli formada olsa idi və ya atmosferin sürtünmə qüvvəsi olmasa idi, hər dəfə yağış yağanda necə fəlakətlərlə qarşılaşacağımızı təsəvvür edirsiniz?
Yağış buludlarının minimum hündürlüyü 1200 metrdir. Buradan düşən bir damla yağış15 sm hündürlükdən düşən 1 kq yüklə eyni gücə malikdir. 10.000 metr hündürlükdəki buludlardan düşən bir damla yağış 110 sm hündürlükdən düşən 1 kq yüklə eyni dağıdıcı təsirə malikdir. Amma yağış damlası atmosferin sürtünmə qüvvəsi sayəsində yer üzünə daha yavaş düşür. Beləcə, böyük fəlakətlərin qarşısı alınır. Bu, Allahın insanlara qarşı necə mərhəmətli və lütfkar olduğunu göstərir. Quranda “Züxruf” surəsinin 11-ci ayəsində yağışın lazımi miqdarda endirildiyi belə təsvir edilir:
“Göydən lazım olduğu qədər su endirildi.” (Züxruf surəsi, 11)Həqiqətən də, yağış yer üzünə lazımi miqdarda endirilir. Yağışınyuxarıda bəhs etdiyimiz düşmə sürəti də buna nümunədir. Heç bir insan yağış damlasının formasını müəyyənləşdirə, dəyişdirə və ya atmosferin sürtünmə qüvvəsinə bənzər xüsusiyyətlər yarada bilməz. Bütün bunları yaratmağa ancaq sonsuz güc sahibi uca Rəbbimiz qadirdir.
Dünyanın Van Allen qurşaqları adlı maqnetik sahəsi olmasa idi, yer üzündə həyat olmazdı. Van Allen qurşaqları dünyaya gələn zərərli şüalara qarşı qalxan funksiyasını yerinə yetirir . Bu təbəqə sayəsində dünya radiasiyadan qorunur. Dr.Hyu Ross Van Allen qurşaqlarının həyatımızdakı önəmli rolu haqqında belə deyir:
“Yer planeti böyük maqnit sahəsinə malikdir. Bu maqnit sahəsi Van Allen adlı qoruyucu radiasiya təbəqəsini meydana gətirir. Bu təbəqə yer üzünü güclü radiasiyadan qoruyur. Əgər bu qoruyucu təbəqə olmasa idi, Yerdə həyat olmazdı. Maqnit sahəsi olan və qayalıq süxurlardan ibarət digər planet isə Merkuridir. Lakin buradakı maqnit sahənin gücü Yerdəkindən 100 dəfə azdır. Van Allen adlı qoruyucu radiasiya təbəqəsi ancaq Yerdə mövcuddur.”(The Icredible Design of the Earth and Our Solar System)
Allah Van Allen qurşaqlarını Yerdə həyatın davam etməsi üçün xüsusi yaratmışdır. Bunu yox etsə, heç kim buna bənzər bir sistem yarada bilməz. İnsanlar hər zaman Allaha möhtacdırlar. Allah bir ayədə göy üzünün qorunmuş tavan olduğunu bildirir. Dünyanı əhatə edən bu maqnetik sahə də bunun ən önəmli nümunələrindəndir.
“Göyü mühafizə olunan bir tavan etdik. Onlar isə oradakı dəlillərimizdən üz çevirirlər.”(Ənbiya surəsi, 32)Yağışın yerə yavaş düşməsini təmin edən də, gözlərimizi ən uyğun yerdəyerləşdirən də, kor olmamağımız üçün göz qapağını, dünyanı radiasiyadan qoruması üçün qoruyucu təbəqəni yaradan da uca Rəbbimiz Allahdır. Susuz bir neçə gündən artıq yaşaya bilməyən aciz insan doğulduğu andan etibarən Allaha möhtacdır.