
Acizliklərimizin fərqində olmağımız niyə vacibdir?
Oxuduğunuz saytda insana aid bir çox acizlik izah edildi və insanın bu acizliklər qarşısında zəif olduğu, Allahın rəhməti və mərhəməti olmadan, heç bir şeyə gücü çatmadığı fərqli nümunələrlə açıqlandı. Bu saytda izah olunanlar, hər insanın özündə də görəcəyi əskikliklərin sadəcə bir hissəsidir. Dünyada günlərlə təmizlənmədiyi halda çirklənməyən, xəstələnməyən, acmayan, susamayan, ölməyən heç kim yoxdur. Hər şeyə gücü çatan Rəbbimiz istəsəydi, bu acizlikləri heç yaratmazdı. İnsanı bütün bu əskikliklərdən münəzzəh yaradardı. Bu Allah üçün əlbəttə çox asandır. Ancaq bütün əskikliklər əslində, insanın Allaha nə qədər möhtac olduğunu və acizliyini hiss etdirmək və dünyanın necə "əskik və qüsurlu" bir yer olduğunu göstərmək üçün yaradılmışdır. İnsan bu əskikliklərlə yaradılmasındakı hikmət üzərində düşünməli və ona rəhmət edən Allaha şükür etməlidir. Onun dəvət etdiyi yola tabe olmalı; müvəqqəti və qüsurlu dünyaya bağlanmaq yerinə, sonsuz axirət yurdu üçün bütün həyatı boyunca hazırlıq görməlidir.
Uca Allah “...O necə də gözəl qul idi! Daima Allaha üz tutardı”.(Sad surəsi,30) ayəsi ilə hz.Süleymanın Allaha olan dərin bağlılığını tərifləyərək bütün qullarına bu örnək əxlaqı xəbər vermişdir və səmimi iman edən qullarına dünyada və axirətdə verəcəyi qarşılığı bir ayədə belə müjdələmişdir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.(Nəhl surəsi,97)Ancaq çox insan bunları anlamır. Dünya həyatında əldə etdikləri ilə qane olur. Əslində isə bu, böyük bir ağılsızlıq və cəhalət göstəricisidir.
Ağlını işlədən insan hər şeydə Allahın gücünü və öz acizliyini görəcəkdir. İnsan təkəbbürlənməməli, Allahın verdiyi hər şeyə şükür etməlidir. Aciz və zəif bədənlə Allahın təqdir etdiyi bir müddətdə Allahın yazdığı qədərə görə yaşayacaq və sonra torpağa basdırılıb yenə Ona dönəcəkdir. İnsanın lovğalanacaq, qürurlanacaq heç bir xüsusiyyəti yoxdur. Sahib olduğu bəzi gözəl xüsusiyyətləri də Allah ona vermişdir. Möminin Allah qarşısında hiss etdiyi bu acizlik bütün davranışlarına təsir edir və təvazökar bir insan olur. Təvazökar olmaq isə Allahın Quranda təriflədiyi bir əxlaq göstəricisidir.
Ayələrimizə ancaq o kəslər iman gətirərlər ki,ayələrimiz onlara xatırlanarkən təkəbbür göstərmədən səcdəyə qapanır, Rəbbinə həmd-səna ilə təriflər deyirlər.(Səcdə surəsi,15)Lakin insana vəd edilən sonsuz bir cənnət həyatı vardır. Uca Allahın iman edən qullarına vəd etdiyi cənnət, heç bir əskikliyin, qüsurun, fiziki acizliyin olmadığı bir yerdir. Bu dünyadakı acizliyinin fərqinə vararaq dünyanın keçiciliyini anlayan, axirətə yönələn insan cənnətdə nəfsinin arzuladığı hər şeyə sahib olacaq; yorğunluq, aclıq, susuzluq, yaşlanma, xəstələnmə, kirlənmə, yuxusuzluq və s. kimi fiziki əskikliklərdən isə tamamilə uzaq olacaqdır.
İnsanın acizliyinin fərqinə varmasının sonsuz axirət həyatı üçün əhəmiyyəti
Acizliyini anlayaraq,dünyanın keçiciliyini anlaması, insanı Allahın rizasını qazandıracaq davranışlara yönəldir. Acizliyini dərk edən bir insan,
• Allahın köməyi olmadan bir günahdan çəkinməsinin belə mümkün olmadığını bilər və bağışlanma diləyər.
Bağışlanma diləmək, bir mənada, möminin qulluğunu, Allah qarşısındakı acizliyini, Onun köməyi olmadan günahdan çəkinməsinin belə mümkün olmadığını dilə gətirməsidir. Quranın bir çox ayəsində peyğəmbərlərimizin fərqli vəsilələrlə Allahdan bağışlanma dilədiklərindən bəhs edilir. O anda hər hansı bir günah işləməmiş olsa belə, Allahın əzabını xatırlayanda, ya da Allahın bir imtahanı ilə qarşılaşanda peyğəmbərlərin həmin an Allahdan bağışlanma dilədiklərini görərik. Məsələn,bir ayədə Allah hz. Muhəmmədə insanların axın-axın dinə girdiklərini görəndə, Allahı həmd ilə tərif edib bağışlanma diləməsini bildirmişdir;
İnsanların dəstə-dəstə Allahın dininə girdiklərini gördükdə həmd ilə Rəbbini təriflə və Ondan bağışlanmağını dilə. Həqiqətən,O, tövbələri qəbul edəndir.(Nəsr surəsi,2-3)Bir başqa ayədə isə cənnətə girən möminlərin təriflənən xüsusiyyətləri arasında nizamlı olaraq bağışlanma diləmələrindən bəhs edilir;
Onlar sübh çağı bağışlanma diləyirdilər.(Zariyat surəsi, 18)• Allahın ona verdiyi nemətlərə görə şükür edər.
Şükür etmək,verilən hər cür nemətə görə dillə və qəlblə Allaha olan minnət və təşəkkürünü ifadə etmək deməkdir. Şükür etmək Quranın bir çox ayəsində təkrarlanan və möminlərin çox diqqətlə qorumalı olduqları bir ibadətdir. Bu ayələrdən bəziləri belədir:
Yanlızca Allaha qulluq et və şükür edənlərdən ol. (Zümər surəsi, 66)
Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin və əgər Allaha ibadət edirsinizsə,Onun nemətinə şükür edin.(Nəhl surəsi,114)Şükür etməklə mömin Allahın sevgisini və məmnunluğunu qazanır və ona daha çox yaxınlaşmağın fürsətini tapır.
• Dünya həyatının keçiciliyini düşünür və axirətə yönəlir.
İnsanın dünya həyatının keçiciliyini anlaması və cənnətə həsrət duyub bu yöndə çalışması Allahın bir lütfü və nemətidir. Dünyadakı əskiklik kimi görünən hər şey, acizliyinin fərqinə varıb dünya həyatının keçiciliyini anlaya bilən bir insanın sonsuz həyatı üçün böyük bir nemətə çevrilir.
• Allaha möhtac olduğunun fərqindədir və dua ilə yardım diləyir.
Allah Quranda bizə elçilərin, peyğəmbərlərin və saleh möminlərin ömürlərinin sonuna qədər hər mövzuda səbirlə, təslimiyyətlə və səmimiyyətlə necə dua etdiklərini göstərmişdir. Dua, Qurana görə “qulun bütün mənliyi ilə Allaha yönəlməsi”, ya da “gücü məhdudiyyətli və sonlu bir varlıq olan insanın, məhdudiyyətsiz, sonsuz qüdrət sahibi olan Rəbbimizin qarşısında acizliyini hiss edərək yardım diləməsi”dir.Allah Quranın bir çox ayəsi ilə qullarını Özünə sığınıb yardım diləməyə çağırmış və “...Əgər yalvarmağınız olmasaydı, Rəbbim sizə diqqət yetirməzdi.”(Furqan surəsi,77) ayəsi ilə ibadətin vacibliyini xatırlatmışdır. Acizliyinin fərqində olan insan, yaşamaq üçün hər an Allahın ehsan etməsinə və nemət verməsinə möhtac olduğunun fərqindədir.
• Öz acizliyinin fərqində olduğu üçün digər insanların da aciz olduğunu bilir və insanların xətalarına qarşı bağışlayıcı və mərhəmətli olur.
Acizliyinin fərqində olan mömin insanları etdikləri xəta ilə dəyərləndirmir. Xəta edənin də bir insan olduğunu, səhv edən xislətdə yaradıldığını bilir; ona qarşı şəfqət və mərhəmət duyur, bağışlayıcı olur. Xətasızlıq Allaha məxsus bir xüsusiyyətdir, insan xətaya hər an açıqdır. Allaha iman edən bir insan da xəta edə bilər. Belə bir vəziyyətdə digər möminlər, o möminin də özləri kimi əslində aciz bir qul olduğunu unutmur və ona şəfqətlə, mərhəmətlə yanaşırlar. Quranda “Kim səbir edər və bağışlayarsa, şübhəsiz bu, əzmə dəyər işlərdəndir”. (Şura surəsi,43) ayəsi ilə bağışlamanın üstün bir əxlaq xüsusiyyəti olduğu xəbər verilir.
• Hər işdə Allaha yönəlir.
• Acizliyini anlamış insan, Allahın icazəsi olmadan heç bir işi etməyə güc yetirə bilməyəcəyini qavrayır və özünü tamamilə Uca Allaha təslim edir. Möminlərin bu vəziyyəti Quranda belə xəbər verilir:
De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz.O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”(Tövbə surəsi, 51)Acizliyinin fərqinə varmayaraq dünya həyatı ilə qane olan insanlar isə çox böyük bir qəflət içərisindədirlər. Bu insanlar, qüsursuz və xətasız olmağın ardınca düşür, hər an qətiyyətli davranış göstərirlər. Hər hərəkətləri səmimiyyətsizliklə doludur.
• Sahib olduğu imkanların öz bacarıqlarından, özündə olan bir xüsusiyyətdən qaynaqlandığını düşünür və lovğalanırlar. Qürur və böyüklənmənin Quranda şeytana aid bir xüsusiyyət olduğu və Allahın böyüklənən insanları sevmədiyi bildirilmişdir.”Allah lovğalıq edənləri və özünü öyənləri sevmir.”(Nisa surəsi, 36)
• Öz acizliyinin fərqində olmayan insan, başqalarının xətalarına qarşı xoş görüşlü və mərhəmətli olmaz. Allahın Əraf surəsinin 199-cu ayəsində əmr etdiyi bağışlanma yolunu mənimsəyə bilməz.
“Sən bağışlama yolunu tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər.”(Əraf surəsi,199)• Bütün ibadətlərində səmimiyyətsiz olur. Məsələn, namazda səcdə insanın öz acizliyini və Allahın ucalığını hiss edərək etdiyi bir ibadətdir, acizliyini qəbul etməyən insan bu ibadəti də gərəyi kimi etməyəcək.